Bakı. Trend:
Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəmqoyub.
Trend xəbər verir ki, bufikir Azərbaycan Prezidenti İlham Əliyevin Əziz Əliyev adınaAzərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyinəhəsr olunmuş beynəlxalq elmi-praktiki konqresin iştirakçılarınaünvanladığı müraciətdə yer alıb.
Ölkə Prezidenti bildirib ki, dövlətin səhiyyə siyasətininhədəflərinə uyğun olaraq tibb ocaqları ən müasir standartlarsəviyyəsində yenidən qurulur, araşdırmaların son tibbi texnolojinailiyyətlərin tətbiqi ilə elm və təcrübənin vəhdətində aparılmasıtəşviq edilir. Bu istiqamətdə üzərinə düşən vəzifələrin öhdəsindənbacarıqla gələn Həkimləri Təkmilləşdirmə İnstitutunun özünəməxsusxidmətləri vardır.