AZ

Vətən Müharibəsi Qəhrəmanı - şəhid kapitan Surxay Noçuyevin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Surxay Noçuyev 1988-ci il dekabrın 19-da Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub.

QHT.az xəbər verir ki, 2003-2006-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2006-2010-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) Quru Qoşunları fakültəsində təhsil alıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib. Surxay Noçuyev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 9 noyabr tarixində Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

Surxay Noçuyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Vətən Müharibəsi Qəhrəmanı" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

Seçilən
61
qht.az

1Mənbələr