AZ

Abşeronda restoranda baş vermiş yanğın söndürülüb

Bakı. Trend:

Xəbər verildiyi kimi, Abşeron rayonu, Novxanı kəndindərestoranda baş vermiş yanğın FHN-in Dövlət Yanğından MühafizəXidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələritərəfindən genişlənməsinə, o cümlədən bitişik tikilən oteləyayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Trend xəbər verir ki, bbarədə FHN məlumat yayıb.

Yanğın nəticəsində ümumi sahəsi 2000kv.m. olan restoranın 1-cimərtəbəsinin terrasının dam örtüyünün yanar konstruksiyaları70kv.m. sahədə yanıb.

Restoranın böyük hissəsi və bitişik otel yanğından mühafizəolunub.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefonxəttinə Abşeron rayonu, Novxanı kəndində restoranda yanğın başverməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət YanğındanMühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsininqüvvələri cəlb olunub.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində restoranın damörtüyündə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısamüddətdə söndürülüb.

Seçilən
104
7
az.trend.az

10Mənbələr