AZ

Tarixə düşən rus qapıçının imdadına hiylə çatıb? - Hər şey üzə çıxdı

PSJ-nin qapıçısı Matvey Safonovun “Flamenqo” ilə qitələrarası kubokun finalının (1:1, pen-2:1) penaltilər seriyasında etdiyi 4 qurtarış böyük rezonans doğurub.

Publika.az xəbər verir ki, rusiyalı qapıçı FİFA turnirləri tarixində ardıcıl 4 penalti zərbəsini dəf edən ilk qolkiper olub.

Seriyada Matveyə kömək edən əsas detallardan biri dəsmalda gizlədilmiş köməkçi qeydlər olub. Rəqiblərin zərbələrindən əvvəl qapıçı dəsmalı açaraq oyunöncəsi hazırlanmış qeydləri yaddaşında təzələyib.

Bu anlardan birində misirli jurnalist Məhəmməd Elhosar qapıçıya aid köməkçi qeydləri lentə almağa nail olub. Məlum olub ki, Safonovun dəsmalında “Flamenqo” futbolçularının penalti zərbələri ilə bağlı ətraflı məlumat yer alıb. Oyunçuların adları, fotoları, nömrələri və hansı ayaqla zərbə vurduqları qeyd edilib.

Seçilən
85
publika.az

1Mənbələr