AZ

I Liqa: Lider "Şəfa" Cavid Hüseynovlu "Cəbrayıl"la üz-üzə

Azərbaycan I Liqasında 11-ci tura yekun vurulur.

Fanat.Az xəbər verir ki, turun bağlanış matçı Şamaxıda baş tutacaq.

Lider "Şəfa" "Cəbrayıl"la prinsipial matça çıxacaq. Ötən tur xal itirən paytaxt təmsilçisi bu həftə yaxın izləyicilərinin büdrəməsindən yararlanaraq yenidən xal fərqini artırmaq üçün Cavid Hüseynovlu bölgə komandasına qalib gəlməyə çalışacaq.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Baku Sportinq" "Şimal"ı 1:0, MOİK "Zaqatala"nı 3:1 hesabı ilə yenib, “Difai” – “Mingəçevir” (1:1) və “Şahdağ Qusar” – “Səbail” (2:2) qarşılaşmalarında isə qalib müəyyənləşməyib.

Azərbaycan I Liqası
XI tur
19 dekabr

14:30. “Cəbrayıl” – “Şəfa” 
Hakimlər: Kamal Umudlu, Tərlan Talıbzadə, Mirnihad Seyidov, Elvin Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.

Seçilən
67
1
fanat.az

2Mənbələr