BAKI, 19 dekabr. TELEQRAF
"Fly Kish" aviaşirkəti İran və Ermənistan arasında birbaşa uçuşlara başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Zvartnots" hava limanının mətbuat xidməti məlumat yayıb.
Reyslər İrəvan-Tehran-İrəvan marşrutu üzrə həyata keçiriləcək və həftədə iki dəfə , bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.