AZ

Təbiətə qarşı VANDALİZM: Ağacları qurutmaq üçün benzin sistemləri QURAŞDIRDILAR – VİDEO

Tbilisinin Qldani rayonunda təbiətə və ağaclara qarşı barbar münasibət aşkar edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb. Məlumata görə, Tbilisinin Qldani rayonunda təbiətə və ağaclara qarşı barbar münasibət qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, ağacların gövdələrində kütləvi şəkildə dəliklər açılıb və həmin hissələrə içərisində benzin və ya dizel yanacağı olan plastik butulkalar bağlanıb. Bildirilir ki, bu üsul ağacların qurumasına və məhvinə səbəb olur.

Sosial şəbəkələrdə istifadəçilər Daxili İşlər Nazirliyini və ekoloji nəzarət xidmətlərini təcili tədbirlər görməyə və hadisə ilə bağlı araşdırma aparmağa çağırırlar.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
118
interpress.az

1Mənbələr