AZ

Avropa Parlamentinin qətnaməsi faktiki əsassız və hüququn aliliyinə ziddir – Deputat

Bakı. Trend:

Avropa Parlamentinin dünən qəbul etdiyi qətnamə faktiki əsassızvə özlüyündə hüququn aliliyinə ziddir.

Trend xəbərverir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğukomitəsinin üzvü Kamal Cəfərov parlamentin bugünkü plenar iclasındadeyib.

“Birincisi, bu qətnamə tamamilə qərəzli, əsassız və ikilistandartlara əsaslanan bir sənəddir. O, erməni lobbisinin təsirialtında hazırlanmışdır, Azərbaycanın milli təhlükəsizliyi ilə bağlıqanuni qərarlarını dırnaq arası “siyasi repressiya” kimi təqdimetməyə çalışır. Dövlətə xəyanət kimi ağır cinayətlərdə ittihamolunan şəxslər haqqında belə bir parlamentin siyasi qiymət verməsiqəbuledilməzdir.

İkincisi, bu qətnamə Azərbaycanın dövlət suverenliyinə açıqmüdaxilə cəhdidir. Beynəlxalq hüququn əsas prinsipi açıq şəkildəqeyd edir ki, heç bir dövlət və ya beynəlxalq təşkilat başqadövlətin daxili yurisdiksiyasına aid məsələlərə qarışa bilməz. Onagörə də istənilən davam edən cinayət işi ilə bağlı beynəlxalqtəşkilatının qəbul etdiyi siyasi qərar istintaqın gedişinə qanunsuztəsir cəhdidir və məhkəmənin müstəqilliyinə hörmətsizlikdir.

Üçüncüsü, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmayan, 30illik erməni işğalı ilə bağlı heç bir fəaliyyəti olmayan və 2-ciQarabağ müharibəsindən sonra Azərbaycana qarşı əsassız və saxtaittihamlar səsləndirən, 2023-cü ildəki anti-terror tədbirlərinə“etnik təmizləmə” kimi qiymət verən Avropa Parlamentininqətnamələrinin heç mənəvi əsası da ola bilməz”, - deyə obildirib.

Millət vəkilinin sözlərinə görə, əgər Avropa Parlamenti səmimiolaraq insan hüquqlarına və beynəlxalq hüquqa hörmətlə yanaşsaydı,Ermənistandan kütləvi formada deportasiya edilmiş və etniktəmizləməyə məcbur qalmış qərbi azərbaycanlıların hüquqlarına,Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri vəsoyqırımlarla ilə bağlı, erməni minalarından həlak olanjurnalistlər və sivil vətəndaşların hüquqları ilə bağlı danışardıvə fəaliyyət göstərərdi.

“Ona görə də Azərbaycan xalqı Avropa Parlamentinin riyakarlığınıçox yaxşı anlayır və görür. Azərbaycan xalqının heç bir kənarbeynəlxalq təşkilata etimadı yoxdur, rəhbər şəxsləri və üzvlərikorrupsiya ittihamı ilə həbs edilən Avropa Parlamentinin bütövlüyüçoxdan pozulub.

Avropa Parlamentinin üzvləri o qədər reallıq hissini itiriblərki, qəbul etdikləri kağız parçasında sanksiyalarla hədələmək,əməkdaşlığı şərtləndirmək cəhdləri var.

Amma unudurlar ki, Azərbaycan bu gün regionun ən güclü, müstəqilvə sürətlə inkişaf edən dövlətidir. Hər kəss şahddir ki,böyüklüyündən və strateji rolundan asılı olmayaraq biz heç kimintəzyiqinə boyun əymirik. Əksinə, Avropa İttifaqının bir çox üzvölkələri Azərbaycanla strateji tərəfdaşlığı dərinləşdirməkdəmaraqlıdır – çünki bu, qarşılıqlı hörmətə və real maraqlaraəsaslanır. Avropa İttifaqına 10 üzv ölkə ilə Azərbaycanla stratejitərəfdaşlıqla bağlı bəyannamə imzalayıb.

Ona görə də bizim Avropa İttifaqına üzv ölkələr və AvropaParlamenti ilə münasibətlərimiz arasında böyük fərq var. Bu fərqisə Avropa Parlamentinin doğru yolda olmadığını, Avropada yaşayanxalqalarının maraqlarını düzgün təmsil etmədiyini göstərir.

Biz yolumuzda davam edəcəyik, Azərbaycan xalqının maraqlarını,dövlətçiliyimizi istənilən platformada qoruyacağıq,möhkəmləndirəcəyik. Regionda sülhü, əməkdaşlığı təmin edəcəyik.

Azərbaycan hər zaman dialoqa açıqdır, amma bu dialoqbərabərhüquqlu və qarşılıqlı hörmət çərçivəsində olmalıdır.

Heç bir təzyiq, heç bir qərəzli qətnamə Azərbaycan xalqını haqqyolundan döndərə bilməyəcək”, - deyə o qeyd edib.

Məqalədə:
Seçilən
137
4
az.trend.az

5Mənbələr