ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri tarix üzrə fəlsəfə doktoru Leyla Calalova Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü ilə əlaqədar QHT.az-a bildirib ki, hazırda Milli Məclisin müzakirəsində olan Aministiya aktında Qərbi Azərbacandan olan soydaşlarımızın məruz qaldığı etnik təmizləmənin iki mərhələsində 1948-1953-cü və 1987-1991-ci illərdə zərər çəkmiş şəxslərin qanunun əhatə dairəsinə salınmasını çox yüksək qiymətləndiririk:
"Bu Aministiya aktı həm də bizim üçün bir hüquqi mənbədir. Burada Qərbi Azərbaycandan olan soydaşlarımızın məruz qaldığı etnik təmizləmənin iki mərhələsinin ayrıca qeyd edilməsi həm də yüksək humanizmin təzahürdür".