AZ

Cənub bölgəsində 93 təhsil müəssisəsində cari və əsaslı təmir işləri başa çatdırılıb  

Bu il Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrinin 93-də cari və əsaslı təmir işləri yekunlaşdırılıb, 7 müəssisədə isə təmir işləri davam etdirilir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinin sorğusuna cavab olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, tabeliyində olan təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni binaların tikilməsi və mövcud binaların təmir edilməsi Lənkəran-Astara Regional Təhsil İdarəsinin prioritetləri arasındadır.

Astara rayonunun Sərək kənd, Lerik rayonunun Cəngəmiran kənd məktəblərinin və Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən 2 nömrəli tam orta ümumtəhsil məktəbinin yeni binaları tikilərək istismara verilib. Gələn ilin əvvəlində isə Lənkəran şəhər 9 nömrəli tam orta məktəbin əsaslı təmiri, Astara rayonunun Şümrüd kəndində və Lənkəran rayonunun Viyən kəndində yeni inşa edilən məktəb binalarının istismara verilməsi planlaşdırılır.

Qeyd edək ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir.

Seçilən
37
1
azerbaijan-news.az

2Mənbələr