AZ

Norveç xeyriyyə təşkilatları Çindən bəzi geyimlərin qəbulundan imtina edir

Stokholm, 19 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC

Norveçdə xeyriyyə təşkilatları tərəfindən “Temu” və “Shein” kimi Çin onlayn mağazalarından geyimlərin təkrar istifadə üçün qəbul olunmasından getdikcə daha çox imtina edilir.

AZƏRTAC xəbər verir ki, buna məhsulların son dərəcə keyfiyyətsiz olması və Avropa İttifaqında qadağan edilmiş kanserogenlər də daxil olmaqla, təhlükəli kimyəvi maddələr səbəb göstərilir.

“Göy xaç” və “Şəhərin kilsə missiyası” kimi təşkilatlar bu cür geyimləri yenidən satmaq istəmədiklərini və çox vaxt onları atmağa məcbur olduqlarını bildirib. “Fretex Miljo” kimi digər təşkilatlar isə geyimləri qəbul etsə də, onların hər biri qiymətləndirmədən keçirilir.

Seçilən
103
azertag.az

1Mənbələr