AZ

Onlar Bakı və İrəvan arasında sülhə mane olur

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyi artıq onun fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilməkdədir. Avropa Parlamenti uzun illər ərzində Azərbaycanın haqlı mövqeyini müdafiə etmək üçün söz tapa bilməyən, əhalinin köçkün vəziyyətdə yaşamasına göz yuman bir qurum kimi bu gün ölkəmizin hüquqları ilə bağlı fikir bildirmək mənəvi haqqına malik deyil.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında sədr müavini Əli Əhmədov səsləndirib.

“Avropa Parlamenti Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına maneçilik törədir. Qurum suveren dövlətlərin daxili işlərinə qarışmaqla yanaşı, həmin ölkələrə xaricdən müəyyən maraqlara xidmət edən təxribat və zorakılıq elementlərini idxal etməyə çalışır.

Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli və əsassız mövqeyi cəmiyyətimiz tərəfindən hər zaman haqlı şəkildə pislənib və bu mövqe bundan sonra da xalqımız tərəfindən kəskin etirazla qarşılanacaq”, – Ə.Əhmədov bildirib.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
76
globalinfo.az

1Mənbələr