"Seltik"in prezidenti Peter Louell postundan istefa verib.
Fanat.Az xəbər verir ki, bu barədə Qlazqo klubunun mətbuat xidməti məlumat yayıb.
Səbəb kimi Louelin azarkeşlərin təhqirləri və təhdidləri göstərilib.
"Seltik" azarkeşləri son zamanlar klubun transferləri və inkişaf strategiyasını xüsusilə sərt tənqid edirlər.
Louell özü bu addımını belə izah edib: "İllər ərzində bir çox cəbhədə çətinliklərin öhdəsindən gəlmək bacarığımı sübut etdim, lakin bəzi mənbələrdən gələn təhqirlər və təhdidlər daha da güclənib və indi dözülməz hala gəlib".
Xatırladaq ki, "Seltik" bu mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməyib.