
3I/ATLAS ulduzlararası kometi Yerə ən yaxın məsafədən keçib.
Xalqcebhesi.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının (RAS) Kosmik Tədqiqatlar İnstitutunun (IKI) Günəş Astronomiya Laboratoriyasına görə, obyektdən Yerə olan məsafə təxminən 269 milyon km idi.
Alimlərin fikrincə, 3I/ATLAS üçün növbəti vacib nöqtə səma cisminin 16 martda təxminən 53 milyon km məsafədən keçəcəyi Yupiter olacaq.
Məryəm Quliyeva