Bakı. Trend:
SOCAR-ın Azneft İstehsalat Birliyinin sifarişinə əsasən“Kompleks qazma işləri” tresti tərəfindən 2025-ci il ərzində “QərbiAbşeron” yatağında 8 ədəd quyunu maili qazma üsulu ilə uğurlaqazılaraq yüksək hasilat göstəriciləri ilə sifarişçiyə təhvilverilib.
Trend bubarədə “Kompleks qazma işləri” trestinə istinadən xəbər verir.
Belə ki, yataqda yerləşən 20a saylı quyu 73°, 293 metrinhirafla, 164 saylı quyu 75°, 480 metr inhirafla, və 159 saylıquyu isə 78°, 287 metr inhirafla qazılıb.
Bundan əlavə, yatağın 20 saylı özülündə yerləşən yüksək maillikbucağa malik 160, 162, 25A və 26A saylı quyular eləcə də 54 saylıDSÖ-də yerləşən 113 saylı quyu 150–250 metr horizontal hissəsaxlanılmaqla qazılmış, zenit bucağı 85°–90° intervalında stabilşəkildə qorunmuş və beynəlxalq standartlara uyğun tamamlanaraqSifarişçiyə təhvil verilmişdir.
Plan-qrafikə əsasən 162 saylı quyunun qazılması 40 günəplanlaşdırılsa da, peşəkar yanaşma nəticəsində quyu 26 gün ərzində,99,5 % məhsuldar vaxt göstəricisi ilə qazılıb.
Həmçinin 25A saylı yan lülə quyusu SOCAR tarixində bu günə qədərsüzgəc ilə tamamlanan rekord uzunluqda açıq lüləyə (515 metr)sahibdir. Bundan öncə açıq lüləyə süzgəc endirilməsi rekordumuz 26asaylı quyuda olmuş və bu göstərici 473 metr təşkil edib.
Qeyd olunan quyuların profilinin mürəkkəb olmasına baxmayaraq,KQİT-nin peşəkar komandası, məhlul, maili qazma və digər xidmətsahəsində beynəlxalq təcrübəli podratçı təşkilatlarla əməkdaşlıqedərək birgə uğurlara imza atıb.