AZ

Su itilərinin sayı azalır –

Su itilərinin ölüləri adətən sahildən müəyyən məsafədə aşkarlanır. Bu hallar rusiyalı və qazaxıstanlı tərəfdaşlarla birgə araşdırılır, çünki Xəzər ümumi bir hövzədir və buradakı ekosistemi yalnız bir ölkə çərçivəsində qiymətləndirmək mümkün deyil. Ölümlərlə bağlı ölkələr arasında qarşılıqlı məlumat mübadiləsi aparılır”.Metbuat.az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Balıqçılıq və Akvakultura Mərkəzi”nin direktoru Ceyhun Əliyev “Azərbaycanda balıqçılıq siyasəti, 2025-ci ildə balıqçılıq sahəsində görülən tədbirlər” mövzusunda keçirilən mətbuat konfransında bildirib. O deyib ki, mövcud vəziyyət su itilərinin sayının azalmaqda olduğunu göstərir.Bunun əsas səbəbi iqlim dəyişkənliyi və Xəzərin şimal hissəsində buzlaq ərazilərinin azalmasıdır. Bu amil su itilərinin çoxalma imkanlarını məhdudlaşdırır. Balıqçılıq torlarına ilişmə və ya balıqçılar tərəfindən zədələnmə halları mövcuddur, lakin bunlar populyasiyanın kəskin azalmasına əsaslı təsir göstərmir.Su itilərinin əsas çoxalma əraziləri Xəzərin şimalındakı buzlaq zonalarıdır. Hazırda dənizin ekoloji vəziyyəti ürəkaçan deyil və buzlaq sahələrinin azalması təbii artımın zəifləməsinə səbəb olur.Balıq ölümlərinə gəldikdə isə, sututarlara və axmazlara həcmi nəzərə alınmadan balıq körpələrinin buraxılması halları müşahidə olunur. Yay aylarında oksigen səviyyəsinin kəskin azalması nəticəsində balıq tələfatı baş verir. Xəzər dənizinin səviyyəsinin enməsi zamanı suyun geri çəkilməsi ilə kiçik balıq növləri gölməçələrdə qalır və temperaturun yüksəlməsi, oksigen çatışmazlığı səbəbindən tələfat qaçılmaz olur.Hər bir sututar üçün balıq sıxlığının norması mövcuddur. Bu normanın aşılması, yəni hər kvadratmetrə düşən balıq sayının həddindən artıq artması təbii balıq ölümlərinə gətirib çıxarır.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
51
metbuat.az

1Mənbələr