AZ

Dezinformasiya fonunda türk dövlətlərinin dayanıqlı kommunikasiya sisteminə ehtiyacı var - Baku Network direktoru

Ankara. Trend:

Türk dövlətlərinin dezinformasiya qarşısında dayanıqlıkommunikasiya sisteminə ehtiyacı var.

Trend xəbər verirki, bunu Baku Network Analitik Mərkəzinin direktoru, Trendbeynəlxalq informasiya agentliyinin direktor müavini, analitik vəekspert Elçin Ağacanov Ankarada keçirilən Türk DövlətlərininDezinformasiya ilə Mübarizə Forumu çərçivəsində “TRT Avaz”telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, dezinformasiya bu gün təkcə media problemideyil, həm də dövlətlərə və cəmiyyətlərə qarşı siyasi, ideoloji vəpsixoloji təzyiqin tamhüquqlu alətinə çevrilib.

Onun sözlərinə görə, müasir dezinformasiya kampaniyalarısistemli xarakter daşıyır və milli təhlükəsizliyin sarsıdılmasına,ictimai rəyin təhrifinə və regional sabitliyin pozulmasınayönəlib.

“İnformasiya məkanı artıq neytral mühit olmaqdan çıxıb. O,yalançı narrativlərin, manipulyasiyaların və faktlarınsaxtalaşdırılmasının hibrid strategiyaların elementi kimi istifadəedildiyi məqsədyönlü qarşıdurma arenasına çevrilib. Belə şəraitdətürk dövlətlərinin epizodik informasiya mübadiləsinə deyil,qurulmuş, dayanıqlı və institusional cəhətdən möhkəmləndirilmişkommunikativ əməkdaşlıq sisteminə ehtiyacı var”, – deyə ElçinAğacanov vurğulayıb.

O qeyd edib ki, türk dövlətlərinin vahid kommunikasiyaekosisteminin formalaşdırılması informasiya təhdidlərininqiymətləndirilməsinə dair razılaşdırılmış yanaşmalara, birgəanalitik mexanizmlərin inkişafına, eləcə də dövlət və qeyri-dövlətaktorlarının fəaliyyətinin əlaqələndirilməsinə əsaslanmalıdır.

Onun sözlərinə görə, dezinformasiyaya qarşı mübarizə sahəsində -operativ məlumatların və qabaqcıl təcrübələrin mübadiləsindəntutmuş birgə təhsil və tədqiqat layihələrinin həyatakeçirilməsinədək - institusional əməkdaşlığa xüsusi diqqətyetirilməlidir.

Qeyd edək ki, forumda informasiya siyasətinə məsul olanAzərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan,Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının dövlətqurumlarının yüksək vəzifəli nümayəndələri, KİV rəhbərləri vəekspertləri, strateji kommunikasiyalar üzrə mütəxəssislər, eləcə dəakademik ictimaiyyətin və analitik mərkəzlərin nümayəndələriiştirak edirlər.

Tədbirin əsas məqsədi türk dövlətləri arasında səmərəliqarşılıqlı fəaliyyət platformasının formalaşdırılması və müasirhibrid informasiya mühiti şəraitində dezinformasiya təhdidlərinəqarşı institusional əməkdaşlığın gücləndirilməsidir.

Forum çərçivəsində dezinformasiyanın milli təhlükəsizliyə,ictimai şüurun formalaşmasına və regional sabitliyə təsiri,həmçinin rəqəmsal mühitdə birgə fəaliyyətin praktik mexanizmlərimüzakirə olunur.

Forum Türk Dövlətləri Təşkilatının informasiya sahəsində 2025-ciil üzrə Fəaliyyət Planına uyğun olaraq keçirilir vədezinformasiyaya qarşı mübarizə, rəqəmsal texnologiyalardanməsuliyyətli istifadə, beynəlxalq yayımın inkişafı və yeni nəsiljurnalistikanın formalaşdırılması sahələrində bilik və təcrübəmübadiləsi üçün dayanıqlı platformaya çevrilməsi nəzərdətutulur.

Forum iştirakçıları Ankarada işlənib hazırlanmış yanaşma vətövsiyələrin türk dövlətlərinin informasiya suverenliyininmöhkəmləndirilməsinə və müasir informasiya çağırışları qarşısındaonların kollektiv dayanıqlığının artırılmasına töhfə verəcəyinəəmin olduqlarını bildiriblər.

Seçilən
119
3
az.trend.az

4Mənbələr