AZ

“Biz bunu birlikdə bacardıq” – Maluda 

“Qarabağ”ı məğlub edərək liderliyə yüksəldiyimiz üçün çox xoşbəxtəm. Komandamın qələbəsində rolum olduğu üçün də xüsusilə sevincliyəm. İstədiyimiz vacib qələbəni qazanaraq liderliyə yüksələ bildik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın futbolçusu Aaoran Maluda “Qarabağ” oyunu (2:1) sonrası deyib. O, daha sonra belə davam edib.

20 yaşlı hücumçu Masazır təmsilçisinin qələbə qolunu vurduğu üçün xoş hisslər keçirdiyini bildirib:

“Azarkeşlərə təşəkkür edirəm. Hər zamankı kimi yanımızda oldular. Onlara ehtiyacımız var idi. Ümid edirəm ki, növbəti oyunlarda da gəlib bizi bu cür dəstəkləyəcəklər. Biz bunu birlikdə bacardıq”.

Seçilən
51
idmanxeber.az

1Mənbələr