AZ

Avtoxuliqanlıq etdi - Həbs edildi

58

Qusarda avtoxuliqanlıq edən sürücü həbs edilib.

News365.az xəbər verir ki, rayonda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən "BMW" markalı 10-ZR-886 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İbrahim Əzizov polis əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İ.Əzizovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

Seçilən
73
24
news365.az

10Mənbələr