Türkiyə polisi iki həftə ərzində İŞİD terror qruplaşması ilə əlaqəli 170 şübhəlini saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Ali Yerlikaya bildirib.
“İŞİD-ə qarşı əməliyyat nəticəsində 32 əyalətdə terrorçu qrupa maliyyə yardımı göstərməkdə və əvvəllər onun tərkibində olmaqda şübhəli bilinən 170 nəfər saxlanılıb”, - o, qeyd edib.
Onun sözlərinə görə, həbslər İstanbul, Ankara və ölkənin digər əyalətlərində baş verib. Məhkəmə həbs olunanlardan 10 nəfəri barəsində həbs qətimkan tədbiri seçib, digərləri ilə bağlı araşdırmalar davam edir.