AZ

Naxçıvanda 136 layihə üzrə yeni istehsal və xidmət sahələri yaradılıb

Naxçıvan, 19 dekabr, AZƏRTAC

Cari ilin yanvar-noyabr ayları ərzində muxtar respublikada dövlət dəstəyi və özəl investisiya qoyuluşu hesabına iqtisadi fəaliyyətin müxtəlif sahələrində 136 layihə üzrə istehsal və xidmət sahələri yaradılıb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yekunlaşan layihələrdən 64-ü yeni sahələrin yaradılması, 72-si isə mövcud sahələrin genişləndirilməsi məqsədi daşıyıb.

Yekunlaşan sahələr üzrə 82 layihəyə Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən 4 milyon 575 min manat məbləğində dövlət maliyyə dəstəyi göstərilib.

Hazırda icrası davam edən 93 layihədən 38-i yeni müəssisələrin yaradılmasına, 55-i isə genişləndirməyə yönəlib.

Seçilən
127
2
azertag.az

4Mənbələr