AZ

11 ayda Azərbaycan vətəndaşlarının xarici səfərləri 2,6% azalıb

2025-ci ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,6% azalaraq 1 947 min nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, Gürcüstana səfərlər 20,5%, İrana səfərlər 6,8% artmış, Rusiya Federasiyasına səfərlər 31,8%, Türkiyəyə səfərlər isə 2,0% azalıb. Səfər edənlərin 41,6%-i Türkiyəyə, 14,4%-i Rusiyaya, 10,8%-i Gürcüstana, 9,5%-i İrana, 23,7%-i isə digər ölkələrə gedib.

Xarici səfərlərin 63,6%-ini kişilər, 36,4%-ini isə qadınlar təşkil edib.

Səfərlərin nəqliyyat vasitələrinə görə bölgüsü belə olub: 69,9% hava yolu, 28,2% dəmir yolu və avtomobil, 1,9% isə dəniz nəqliyyatı ilə həyata keçirilib.

Gülnar Nazimızı 

Seçilən
56
anews.az

1Mənbələr