AZ

Axtarışa verilən aparıcı Quran kitabı paylaşdı: Ölkəmə dönəcəm

ain.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Türkiyədə narkotik ittihamı ilə axtarışa verilən aparıcı və bloger Şeyma Subaşı, nəhayət, dilə gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, sosial media səhifəsində Quran kitabı və təsbeh paylaşaraq, istintaqdan qaçmadığının mesajını verib.

Subaşı bildirib ki, xaricdədir, tezliklə geri dönəcək: "Tezliklə ölkəmə qayıdacağam. Qayıdanda daha ətraflı açıqlama verəcəm".

Xatırladaq ki, istanbul Baş Prokurorluğu narkotik maddə qəbulu və təbliği ittihamı ilə dünən  10 məşhur müğənni, aparıcı və blogeri istintaqa cəlb edib. Onlardan bəziləri ölkədə olmadığndan haqlarında rəsmi axtarış elan olunub.

Hüseyn Namazov

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
93
mia.az

1Mənbələr