Yunanıstan mediası"SL Press" Türkiyənin Afrikadakı artan təsiri ilə bağlı təhlil dərc edib.
Publika.az xəbər verir ki, "Fransızlar gedir, türklər gəlir" başlıqlı təhlildə Ankaranın yalnız Yaxın Şərqdə, Qafqazda və Liviyada deyil, həm də Afrikanın şimalında, qərbində və şərqində səssizcə güclü bir şəbəkə qurduğu vurğulanıb.
Məlumata görə, Ankara 21-ci əsrin əvvəllərindən bəri Afrika ölkələri ilə diplomatik əlaqələrini genişləndirir, səfirliklər açır, iqtisadi tərəfdaşlıqlara girir və təhlükəsizlik sahəsində hərtərəfli müqavilələr imzalayır.
"Yerli hərbi və polis qüvvələrinin təlimi, terrorizmlə mübarizə kimi addımlar Türkiyəni Afrikanın bir çox bölgəsi ilə əlaqələndirən institusional gücə çevirib. Müdafiə sənayesindəki sıçrayış, xüsusən 2010-cu illərdən sonra Afrika ölkələrini Türkiyə PUA-larının əsas müştərilərinə çevirib. ABŞ və Avropa silahlarından fərqli olaraq, Türkiyə bu bazarda ön sıralara çıxır. Çünki dünya artıq Ankaranın müdafiə gücünə güvənir", - təhlildə qeyd olunub.
