AZ

"Dünən Avropa Parlamentindən mənə zəng gəlib" - Səməd Seyidov DANIŞDI

"Biz dəfələrlə görmüşük ki, Azərbaycanın uğurları dünyada əks-səda salanda Avropa Parlamenti öz məkrli siyasətini ortaya qoyur. Və bir də bunun şahidi olduq".

Redaktor.az xəbər verir ki, bunu parlamentin bugünkü iclasında Milli Məclisin komitə sədri, deputat Səməd Seyidov bildirdi.

"Əslində onlar Azərbaycanda regionda sülhün müzakirəsini təşkil etməli idilər. Əslində onlar bu gün geniş şəkildə sülhün illər boyu Qafqaz xalqları tərəfindən gözlədiklərini müzakirə etməli idilər. Onlar bizi dəvət etməli idilər. Onlar bizimlə bir yerdə fikir mübadiləsi aparmalı idilər. Ancaq yox. Avropa Parlamenti tamamilə başqa bir mövqe tutdu.
Avropa Parlamenti faktiki bu gün Avropanın nə dərəcədə krizis içərisində olduğunun bir güzgüsüdür. Heç də təsadüfi deyil ki, bu gün gördüyümüz, göz qabağında keçdiyimiz Avropada olan məsələlər Avropa Parlamentinin içərisində doğur. Yalan, böhtan, korrupsiya, ikili standartlar, bunlar hamısı Avropa Parlamentinin içərisindədir.

Axı bütün dünya COP29-la bağlı Azərbaycanın gördüyü işləri qəbul etdi. Tarixi nailiyyətlər əldə olundu. Ancaq Avropa Parlamenti neylədi? Boykotdan başqa heç bir müzakirə demədi. Və növbəti uğur, 8 avqust Vaşinqtonda tarixi uğur, yenə də müzakirədə yoxdur.

Dünən Avropa Parlamentindən mənə zəng gəlib. Çıxış edənlərdən biri mənə zəng edib dedi ki, onlar başqa məqsədlə bu məsələni gündəmə gətiriblər. Ancaq mən sülh haqqında danışmaq istəyirəm. Və sülh haqqında danışdı. Və maraqlı bir mənzərə yarandı. Onlar öncədən hazırlaşmış, öncədən qəbul etmiş qətnaməni qəbul etmək niyyətində idilər. Avropa Parlamentinin deputatları sülh haqqında danışmağa başladılar. Hətta Avropa Parlamentinin yox, Avropa Birliyinin nümayəndəsi "Azərbaycan bizə lazımdır, Azərbaycan çox yüksək səviyyədə inkişaf edir, Azərbaycanla Ermənistan arasında sülh məsələsi yaranır", bu sözləri gündəmə gətirdi. Özləri özlərindən utanmadılarmı? Bu səviyyədə bu məsələni gündəmə gətiriblər", - deyə o qeyd etdi.

S.Seyidov hesab edir ki, Azərbaycan deputatlarının cavabı çox düzgün, kəskin və deyilən sözlər tamamilə yerində olan məsələdir:

"Bu gün biz nəhayət elə bir səviyyədəyik ki, biz öz sözümüzü nəinki açıq şəkildə, ən yüksək səviyyədə həm deyə bilirik, həm həyata keçirə bilirik".

Aminə ŞAHSUVARQIZI

Seçilən
93
redaktor.az

1Mənbələr