Yayda “Şamaxı” ilə yollarını ayıran Murad Vəliyev Estoniyada çıxış edəcək.
İdmanxeber.az xəbər verir ki, Azərbaycan U-21 millisinin sabiq üzvü yüksək liqa təmsilçisi “Trans Narva” ilə anlaşıb. 23 yaşlı futbolçu ilə 2027-ci ilin sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Estoniyanın paytaxtı Tallində doğulan Vəliyev “Levadiya” akademiyasının yetirməsidir və daha əvvəl “Kalev”lə “Nomme Yunayted”də çıxış edib.