AZ

Ermənistan Maliyyə Nazirliyinin Aİ ilə iş üzrə koordinasiya şöbəsinin sabiq rəhbərinə qarşı cinayət işi qaldırılıb

2009–2014-cü illərdə Ermənistan Maliyyə Nazirliyinin Avropa İttifaqı ilə iş üzrə koordinasiya şöbəsinin rəhbəri olmuş A.Q. Avropa İttifaqının təxminən 972 milyon dramı məbləğində vəsaitini fırıldaq yolu ilə mənimsəyib.

APA xəbər verir ki, bu barədə Ermənistan mediası Prokurorluğa istinadən məlumat yayıb.

İstintaqın məlumatına görə, A.Q. Avropa İttifaqının Ermənistan nümayəndəliyinin əməkdaşı M.L., ATƏT ofislərinin əməkdaşları və digər şəxslərlə əvvəlcədən əlbir olaraq müxtəlif ictimai təşkilatlar vasitəsilə saxta qrant proqramları təqdim edib, Aİ nümayəndəliyi tərəfindən elan olunan müsabiqələrdə onları qalib kimi göstərib.

Bildirilir ki, təqsirləndirilən A.Q. üçün həbs qətimkan tədbiri seçilib və o, beynəlxalq axtarışa verilib.

2025-ci il 9 dekabr tarixində prokuror ittiham aktını təsdiqləyib və cinayət işinin materiallarını səlahiyyətli məhkəməyə göndərib.

Məhkəməyə həmçinin, cinayət prosesində iştirak etməkdən yayınan A.Q.-yə qarşı aralıq məhkəmə iclasının keçirilməsi üçün müraciət təqdim edilib.

Seçilən
94
4
apa.az

5Mənbələr