"Avropa Parlamentinin 18 dekabr tarixli qətnaməsi “işğal partiyası”na və təcavüzkarlığa 35 il verilən dəstəyin Qələbəmizdən sonrakı davamıdır".
"Bakuinfo" xəbər verir ki, bunu Milli Məclisin dekabrın 19-da keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.
O qeyd edib ki, qərbli çinovniklər və millət vəkillərinin nəzərində nəticəsini tanımadıqları Zəfərimiz hələ baş verməyib, avropalı siyəsətçilərin beynində 26 sentyabr erası hələ yaşayır:
"Xalq Cəbhələri ikinci dünya müharibəsindən əvvəl faşizmə qarşı silah kimi yaradılıb, daha sonra sovetləri iflasa uğratmaq üçün alət olub, indi isə müstəqil ölkəmizə qarşı tətbiq olunur. Faktiki olaraq, 90-cı illərdə hakimiyyətə gətirilən belə qüvvənin üzərindən bir vaxtlar Qorbaçovdan ermənilərə müstəqillik tələb edənlər sonra məhz AXC-nin etnik barışmazlıq siyasətini əldə bayraq edib Azərbaycana qarşı sərt sanksiyalar tətbiq etdilər. İndi heç bir tərəfdar gücü olmayan bir siyasi qüvvənin adı ilə qəbul edilən qərar faktiki ölkəmiz üzərində quurlan prokuror və hakim davranışının göstəricisi, ölkəmizin müstəqil məhkəmə sisteminin qəbul edilməməsi deməkdir".
Deputatın sözlərinə görə, ABŞ-ın tarixndə heç bir lider Donald Tramp qədər Azərbaycan liderinə heyranlığını ifadə etməyib:
"Özünün sosial paylaşımlarında açıq simpatiya göstərməyib, USAİD kimi qurumların adı yumşaq, mahiyyətcə sərt güc-rejim dəyişdirmə əməliyyatlarının ifşası nəticə etibarilə ölkəmizə qarşı təzyiq imkanlarını tükədib, indi hansı metodla geosiyasi təsir qazanacaqlarını bilmirlər. 8 avqust Vaşinqton razılaşması Brüsseli zərbə altında qoydu. Azərbaycanın varlığı tarixində belə legitimlik və yüksək tanınma olmayıb. Digər tərəfdən, İlham Əliyev Ermənistanı Avropanın əlindən alıb, onun imeriya maraqlarına xidmət imkanlarına zərbə vurulub. İndi Azərbaycana təzyiq üçün mütləq yeni daxili xəyanətkarlar gərəkdir. Sülh Qərb üçün təhlükə törədir, bölgəni sümürməyə vasitələr qalmır".