AZ

Balinaların nəfəsində ölümcül virus aşkarlanıb

Dronlar vasitəsilə balinaların nəfəsindən götürülən nümunələr bu nəhəng dəniz canlılarının sağlamlıq vəziyyəti ilə bağlı mühüm ipucları ortaya qoyub. Alimlər balina və delfinlərin kütləvi şəkildə sahilə çıxmasına səbəb olan yoluxucu virus aşkarlayıblar.

Editor.az xəbər verir ki, tədqiqat çərçivəsində alimlər dronların köməyi ilə balinaların nəfəsini analiz edərək onların sağlamlıq durumu haqqında əhəmiyyətli məlumatlar əldə ediblər.

Araşdırma zamanı kambur balinalar və digər balina növləri su səthinə çıxaraq nəfəs aldıqları anda havaya yayılan damcılar xüsusi avadanlıqla təchiz olunmuş dronlar vasitəsilə toplanıb. Bu metod balinalara zərər vermədən və onları stresə salmadan nümunə götürməyə imkan verib.

Toplanan nümunələrdə dünya üzrə balina və delfinlərin kütləvi şəkildə sahilə vurmasına səbəb olan yüksək yoluxuculuğa malik virusun izlərinə rast gəlinib. Alimlərin fikrincə, bu tapıntı dəniz məməlilərinin üzləşdiyi sağlamlıq risklərinin daha dərindən öyrənilməsinə şərait yaradır.

//Gülnarə Abasova, Editor.az

Seçilən
120
editor.az

1Mənbələr