AZ

Makron: "Avropa Rusiyayla birbaşa dialoqa qayıtmalıdır"

Fransa Prezidenti Emmanuel Makron Brüsseldə keçirilən Aİ zirvəsindən sonra verdiyi açıqlamada Avropanın Rusiya ilə birbaşa münasibətləri yenidən qurmalı olduğunu bildirib.

"Cebheinfo.az" xəbər verir ki, "Le Figaro" qəzeti Makronun “Rusiya Prezidenti Vladimir Putinlə yenidən görüşməyin faydalı olacağını düşünürəm” dediyini yazıb.

Makron bildirib ki, avropalılar və ukraynalılar olaraq bu görüşün uyğun şəkildə yenidən başlaması üçün doğru çərçivəni tapmaq lazımdır.

Onun sözlərinə görə, əks halda tərəflər öz aralarında həll yollarını müzakirə edəcək, daha sonra isə danışıqlar aparanlar Rusiya tərəfi ilə ayrıca görüşməli olacaqlar ki, bu da ideal vəziyyət deyil. Cümə günü səhər saatlarında Avropa İttifaqı liderləri Kiyevə təzminat krediti verilməsi üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadənin koordinasiyası məsələsində razılığa gələ bilməyiblər.

Bunun əvəzinə, Aİ Komissiyasının sədri Ursula fon der Lyayenin bağlanış mətbuat konfransında bildirdiyinə görə, Ukraynaya qarşıdakı iki il üçün 90 milyard avro məbləğində kredit ayrılması qərara alınıb. Rusiya Prezidenti Vladimir Putin isə daha əvvəl Rusiyanın güclənməyə davam edəcəyi təqdirdə Avropanın Moskva ilə dialoqu yenidən başlatacağına ümid etdiyini söyləmişdi.

Nigar Hacılı

"Cebheinfo.az"

Seçilən
64
cebheinfo.az

1Mənbələr