Bakı. Trend:
Vergi hesabatlarının və dövlət rüsumunun tutulması barədəhesabatların təqdim edilmə qaydalarının pozulmasına görə bəzicərimələr artırılacaq.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsihaqqında qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, vergi ödəyicisi kimi qeydiyyatda olmayanşəxslər tərəfindən vergi və maliyyə məlumatlarının mübadiləsininəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığıbeynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuşməlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələbolunan məlumat və sənədlərin Vergi Məcəlləsi ilə müəyyən edilənmüddətdə vergi orqanına təqdim edilməməsinə və ya bilərəkdən təhrifolunmaqla təqdim edilməsinə görə fiziki şəxslər300 manat (hazırkı cərimə 50manatdır) məbləğində, hüquqi şəxslər 1000 manat(hazırkı cərimə 100 manatdır) məbləğində cəriməediləcək.
Qanun layihəsi səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.