Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm.
APA xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpinin Prezident İlham Əliyevə məktubunda bildirilib.
"Hər iki ölkənin xalqlarının rifahı naminə hərtərəfli əməkdaşlıqda yeni nəticələr əldə etmək üçün Sizinlə birlikdə çalışmağa hazıram", - məktubda vurğulanıb.