“TƏBİB tərəfindən ana və uşaq sağlamlığı istiqamətində görülən işlər xüsusi nəzarətdə saxlanılıb, il ərzində ağır vəziyyətdə olan hamilə, zahı qadınlar və uşaqlar üçün yerində tibbi yardım göstərilib, konsiliumlar təşkil olunub və yüksək ixtisaslı həkimlərin regionlara ezamı təmin edilərək bir sıra hallarda ana və uşaq ölümlərinin qarşısı alınıb”.
Redaktor.az xəbər veirr ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.
Onun sözlərinə görə, 2025-ci il ərzində TƏBİB tabeli tibb müəssisələrində ana ölümü sayı 22 olub:
“Sevindirici haldır ki, 101 kritik ağır hal isə tibb personalının səyi nəticəsində ölümlə nəticələnməyib”.
Nuriyyə NATİQQIZI