AZ

Azərbaycan millisinin zədəli müdafiəçisinin son vəziyyəti açıqlandı

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin Krakovda Ukrayna yığmasına qarşı keçirdiyi oyundan əvvəl məşqdə zədələnərək düşərgəni tərk edən Rahil Məmmədovun son vəziyyətinə aydınlıq gəlib. Əməliyyat olunan mərkəz müdafiəçisi problemi geridə qoymaq üzrədir.

Rahilin formasını geyindiyi "Araz-Naxçıvan"ın sözçüsü Mahal Məmmədovun Fanat.Az-a verdiyi məlumata görə, arxa xətt oyunçusu fərdi məşqlərə başlayıb. Onun qış toplanışında kollektiv çalışmalara qoşulacağı gözlənilir.

Xatırladaq ki, DÇ-2026-nın seçmə mərhələsində Fransa, Ukrayna və İslandiya ilə eyni qrupda mübarizə aparan Azərbaycan yığması 1 xalla sonuncu olub.

Nihat

Seçilən
109
1
fanat.az

2Mənbələr