AZ

Amnistiya aktı 4 ay ərzində icra olunacaq

Amnistiya aktı 4 ay ərzində icra olunacaq

Son 30 il ərzində imzalanmış 71 əfv fərmanı ilə 10 mindən artıq məhkum azadlığa buraxılıb.

AFN.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu gün keçirilən plenar iclasda amnistiya ilə bağlı qərar layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, qəbul edilmiş 12 amnistiya qərarı isə 130 mindən çox şəxsə şamil olunub.

“Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə Milli Məclisə təqdim etdiyi Amnistiya Qərarının layihəsi əhatə dairəsinə görə Azərbaycanın müstəqillik dövründə ən genişmiqyaslı amnistiya sənədi kimi qiymətləndirilir. Qərarın ümumilikdə 20 minə yaxın şəxsə şamil ediləcəyi gözlənilir ki, onlardan 5 mindən çoxu azadlıqdan məhrumetmə cəzasından azad olunacaq.”

Avropa Parlamentinin arzuladığı, Azərbaycanda dövlət, xalq, konstitusion quruluş əleyhinə çıxış etmiş və məsuliyyətə cəlb olunmuş, məhkum olunmuş şəxslərə nə bu amnistiya aktı, nə də gələcək amnistiya aktları şamil ediləcək.

Amnistiya aktının 3 və 4-cü hissələrində hüquqi qüvvəsi və tətbiq qaydaları əks olunur. Qərar qəbul olunduğu gündən qüvvəyə minəcək və onun icra müddəti 4 aydır. Əminliklə söyləmək olar ki, bu qərarın daha tez icrası təmin ediləcək”, - deyə komitə sədri bildirib.

Seçilən
80
4
afn.az

5Mənbələr