Bakı. Trend:
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevə təbrik məktubuünvanlayıb.
Trend xəbər verir ki,məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoşarzularımı qəbul edin.
Sizin müdrik rəhbərliyinizlə qardaş Azərbaycan dövlətçiliyinmöhkəmləndirilməsində, beynəlxalq nüfuzunun yüksəldilməsində vəxalqın rifahının yaxşılaşdırılmasında əhəmiyyətli uğurlarqazanıb.
Böyük məmnunluqla qeyd etmək istərdim ki, mehriban qonşuluq,dostluq və qarşılıqlı anlaşma kimi möhkəm prinsiplərə əsaslananTürkmənistan-Azərbaycan münasibətləri son zamanlar yeni vüsətalıb.
Bu münasibətlər yüksək səviyyədə qarşılıqlı etimad və anlaşmailə fərqlənir ki, bu da dövlətlərimizin gələcək uğurlu inkişafıüçün möhkəm təməl rolunu oynayır.
Bu xoş fürsətdən istifadə edərək Sizə səmimi-qəlbdən möhkəmcansağlığı, xoşbəxtlik, ailə səadəti və ali dövləti fəaliyyətinizdəyeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, davamlı tərəqqivə firavanlıq arzulayıram".