AZ

Prospektdə zəncirvari qəza Dörd avtomobil toqquşdu VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Paytaxtın Ziya Bünyadov prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza dekabrın 18-də səhər saatlarında qeydə alınıb. Belə ki, 77-KS-554 dövlət nömrə nişanlı “BYD” markalı avtomobil üç “Mercedes”lə toqquşub. İlkin məlumata əsasən, hadisəyə ara məsafəsinin düzgün seçilməməsi səbəb olub. Nəticədə hər dörd nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
66
avtosfer.az

1Mənbələr