AZ

Son tarix verildi

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Suriya Demokratik Qüvvələrinin (SDQ) HTŞ-nin rəhbərliyi ilə Dəməqşdə qurulan idarəyə inteqrasiyası ilə bağlı təqvim müzakirə olunur. 

"Cebheinfo.az" xəbər verir ki, bunu “Reuters” adanışıqlarda iştirak edən və ya proses barədə məlumatlı mənbələrə istinadən yazıb. İnteqrasiya planlamasında gecikmələr yaşansa da, son günlərdə danışıqlar sürətlənib. Beş fərqli mənbənin bildirdiyinə görə, müvəqqəti Suriya hökuməti ölkənin şimal-şərqini nəzarətdə saxlayan PYD rəhbərliyindəki SDQ-yə rəsmi təklif göndərib. 

Bir suriyalı, bir qərbli və üç kürd rəsmisinin sözlərinə görə, Şam bu təklifdə SDQ-nin təxminən 50.000 döyüşçüsünü üç əsas diviziya və daha kiçik briqadalara yenidən təşkil etməsi, bəzi komanda zəncirlərini təhvil verməsi və nəzarət etdiyi əraziləri digər Suriya ordusu bölmələrinə açması şərti ilə razılığa açıq olduğunu bildirib. 

SDQ rəsmilərindən biri “Razılaşmaya heç vaxt olmadığı qədər yaxınlaşmışıq”,- deyib. Əksər mənbələr, 10 martda tərəflər arasında imzalanan tarixi razılaşmada nəzərdə tutulduğu kimi, SDQ-nin ilin sonuna qədər orduya və digər dövlət qurumlarına tam inteqrasiyasının hələ mümkün olmadığını bildiriblər. 

Bir suriyalı rəsmi isə ilin sonunun inteqrasiya üçün qəti tarix olduğunu və yalnız SDQ-nin “geri dönüşü olmayan addımlar” atması halında bu müddətin uzadıla biləcəyini qeyd edib. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
95
1
cebheinfo.az

2Mənbələr