AZ

TƏBİB:Xəstəxanada işləyənlərin 83 faizi qadındır

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu gün Bakı Konqres Mərkəzində keçirilən brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov tibb müəssisələrində insan resurslarının idarə olunması ilə bağlı statistik məlumatları təqdim edib.

"Cebheinfo.az" xəbər verir ki, hazırda ölkə üzrə tibb müəssisələrində 95 140 işçi, o cümlədən 16 096 həkim fəaliyyət göstərir. Ümumi işçilərin 17 faizi kişi, 83 faizi isə qadındır. Qeyd olunub ki, 65 yaşdan yuxarı həkimlərin regionlara cəlbi layihəsi icra olunur.

Eyni zamanda, “Mentor Klinika” layihəsi çərçivəsində Bakı, Sumqayıt və Abşeron üzrə 8 xəstəxana mentor statusu alıb, region xəstəxanalarına dəstək göstərilir. RKK–Şəki RMX memorandumu əsasında 60 həkimin növbəlilik fəaliyyəti nəzarətdə saxlanılır.

Brifinqdə bildirilib ki, rəhbər vəzifələrə 67 təyinat həyata keçirilib, 69 rəhbər heyətlə əmək münasibətlərinə xitam verilib. Bundan başqa, 68 tibb müəssisəsində ştat-struktur dəyişiklikləri aparılıb, yeni bölmələr yaradılıb.

Əfsanə Rəcəb

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
1
cebheinfo.az

2Mənbələr