AZ

Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Bakı. Trend:

Qazaxıstan Respublikasının birinci Prezidenti NursultanNazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevətəbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz ölkənizin mənafeyi naminə xalqınızın və dahi atanızıngözləntilərini layiqincə doğruldursunuz.

Uzaqgörən siyasətiniz sayəsində Azərbaycanın beynəlxalq nüfuzuartmış, regionda sülh və qarşılıqlı etimadın yeni bir mərhələsiformalaşmışdır.

Ölkənizə davamlı rifah və yeni nailiyyətlər arzulayıram.

Aramızda yaranan hörməti xüsusilə yüksək qiymətləndirirəm.Dostluq və hörmət ruhunda keçən bütün görüşlərimizi, söhbətlərimizihəmişə xoş duyğularla yada salıram.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gün münasibətilə Sizəmöhkəm cansağlığı, nəcib təşəbbüslərinizdə müvəffəqiyyət, qardaşAzərbaycan xalqına isə firavanlıq və yeni uğurlar diləyirəm".

Seçilən
55
29
az.trend.az

10Mənbələr