Elektron siqaretlərin qadağan olunması haqqında qanunun fevralın biri yox, aprelin birindən qüvvəyə minməsi təklif edilib.
Modern.az-ın məlumatına görə, bu təkliflə deputat Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
“Bu müddət ərzində maddi itkilərlə və çətinliklərlə üz-üzə qalmaması üçün sahibkarlara aidiyyatı qurumlar tərəfindən hər cür dəstək verilməsini də vacib hesab edirik”, - deyə o qeyd edib.