AZ

ABŞ Konqresi altıncı nəsil F/A-XX qırıcısına minimal maliyyə ayırıb

ABŞ Konqresi ABŞ Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulan F/A-XX altıncı nəsil qırıcı təyyarəsinə ayrılan maliyyəni minimal olaraq təsdiqləyib.

Herbiand.az bu barədə Defense One nəşrinə istinadən xəbər verir.

Eyni zamanda, ABŞ Hərbi Hava Qüvvələri üçün F-47 proqramı maliyyə cəhətdən tam təmin olunub.

2026-cı maliyyə ili üçün ABŞ milli müdafiə qanununun güzəştli versiyasında F-47 üçün təxminən 2,6 milyard dollar, F/A-XX-in inkişafı üçün isə yalnız 74 milyon dollar nəzərdə tutulur.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
91
herbiand.az

1Mənbələr