AZ

Azərbaycan benzini Ermənistana çatdı Tarixi tranzit tamamlandı

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

SOCAR istehsal etdiyi Aİ 95 markalı benzindən ibarət 22 vaqonluq yük Ermənistana çatıb.

Bakupost.az xəbər verir ki, Ermənistan iqtisadiyyat naziri Gevork Papoyanın sosial şəbəkədə yazığı məlumata görə, ümumi həcmi təxminən 1 300 ton olan yük Ermənistan-Gürcüstan sərhədini keçib.Nazir vurğulayıb ki, bu, Azərbaycan və Ermənistan arasında sülh bağlandıqdan sonra ilk iqtisadi-ticarət əməliyyatdır və iki ölkənin müstəqilliyini əldə etdikləri dövrdən bu yana ilk oxşar razılaşmadır.Xatırladaq ki, bu daşınma noyabrın 28-də Qəbələdə Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mger Qriqoryan arasında əldə edilmiş razılaşma əsasında həyata keçirilib.Benzin Bakıdan Gəncəyə, oradan Böyük Kəsik sərhədini keçib. Daha sonra Qarda¬bani Tiflis marşrutu üzrə və Sadaxlı–Ay¬rım sərhədindən Ermənistana ötürülüb.Cavid, BakuPost Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
67
1
www.bakupost.az

2Mənbələr