FETÖ lideri Fətullah Gülənin qardaşı oğlu, "silahlı terror təşkilatına üzvlük" ittihamı ilə axtarışda olan Yasir Gülen İstanbulda saxlanılıb.
"Unikal" xəbər verir ki, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin qrupları, Milli Kəşfiyyat İdarəsi (MİT) və Kəşfiyyat Şöbəsi Müdirliyi ilə koordinasiyalı şəkildə Fətullahçı Terror Təşkilatı (FETÖ) tərəfindən axtarılan şəxsləri saxlamaq üçün əməliyyat keçirib.
Araşdırmalar nəticəsində məlum olub ki, FETÖ çərçivəsində "silahlı terror təşkilatına üzvlük" ittihamı ilə axtarışda olan, Bank Asya hesablarında artım müşahidə olunan və iddia edilən görüşlərdə iştirak etdiyi aşkarlanan Salih Gülənin (FETÖ lideri Fətullah Gülənin qardaşı) oğlu Yasir Gülen İstanbuldadır.
Texniki və fiziki müşahidədən sonra qruplar şübhəlinin Ümraniyedə gizləndiyi yeri taparaq onu saxlayıblar.