Milli Məclis elektron siqaretlərin qadağan edilməsi ilə bağlı qanunun qüvvəyə minmə tarixini dəyişməyi planlaşdırır.
Milli Məclisin komitə sədri Azər Əmiraslanov bildirib ki, qadağanın 2026-cı il fevralın 1-dən deyil, aprelin 1-dən qüvvəyə minməsi təklif olunur. Qərar sahibkarların müraciətləri və beynəlxalq təcrübə nəzərə alınmaqla verilib.
Qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Gülnar