AZ

Ukrayna şəhərləri bombardman edildi Odessa və Dnepropetrovskda on minlərlə abonent işıqsız qaldı

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyanın Ukraynanın enerji infrastrukturuna endirdiyi növbəti gecə zərbələri bir sıra bölgələrdə ciddi problemlərə səbəb olub. Ukraynanın energetika naziri vəzifəsini icra edən Artyom Nekrasovun verdiyi məlumata görə, Odessa vilayətində 73 mindən çox, Dnepropetrovsk vilayətində isə 26 mindən artıq abonent elektriksiz qalıb.

Nazir bildirib ki, vəziyyət xüsusilə Rusiya ilə sərhəddə yerləşən və cəbhəyanı ərazilərdə daha ağırdır. Onun sözlərinə görə, Rusiya ordusu Donetsk, Zaporojye, Sumı, Xarkov, Xerson və Çerniqov vilayətlərinə sistemli hücumlar həyata keçirir. Bu hücumlar nəticəsində elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması şəbəkələrində genişmiqyaslı zədələnmələr qeydə alınıb.

Eyni zamanda, Rusiyanın hücumu nəticəsində Odessada kritik infrastruktur obyektlərindən biri zərər görüb. Şəhər administrasiyasının rəhbəri Sergey Lısakın məlumatına görə, hücumdan sonra şəhərin bir rayonunun bir hissəsində elektrik, su və istilik təchizatı müvəqqəti olaraq dayandırılıb. Zərbə dalğası yaşayış evlərinə də ziyan vurub, bir qadın xəsarət alıb. Hadisə yerində kommunal və fövqəladə xidmətlər fəaliyyət göstərir.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri isə gecə ərzində ölkəyə 160 Rusiya pilotsuz uçuş aparatının hücum etdiyini açıqlayıb. Bildirilib ki, onlardan 108-i hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
94
azpolitika.info

1Mənbələr