AZ

"Şəki Siti"yə texniki məğlubiyyət verildi

Azərbaycan 2-ci Liqasında çıxış edən "Sheki Siti" klubu texniki məğlubiyyətlə cəzalandırılıb.

Fanat.Az xəbər verir ki, qərar AFFA İntizam Komitəsinin iclasında qəbul olunub.

Bölgə təmsilçisinə 13-cü turunda "Qaradağ Lökbatan"la matça çıxmadığı üçün 0:3 hesablı texniki məğlubiyyət verilib. Bununla yanaşı, klub 1000 manat cərimələnib.

Qeyd edək ki, "Sheki Siti" 2-ci Liqada 13 oyundan sonra 25 xalla dördüncü pillədə qərarlaşıb.

Seçilən
32
8
fanat.az

10Mənbələr