AZ

Papuaşvili: “Müharibədə uduzan Ukrayna və Aİ olacaq”

ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

AzVision.az gürcü mətbuatına istinadən xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili belə deyib. “Son nəticədə bütün müharibələr sülhlə başa çatır: yeganə sual bu müharibədən kimin əziyyət çəkməsidir. Bu müharibənin qalibinin olub-olmayacağını hələlik söyləmək mümkün deyil, amma indidən əminliklə demək olar ki, ən azı iki uduzan tərəf var - Ukrayna və Aİ”, - siyasətçi bildirib.

Makron: “Putinlə dialoq bərpa olunmalıdır”

Gürcüstan parlamentinin sədri Fransa prezidenti Emmanuel Makronun “Vladimir Putinlə söhbət faydalı olardı” açıqlamasını da şərh edib. - Mən bunu əvvəllər də demişəm və yenə də deyirəm: yeni heç nə baş vermir. 2008-ci il müharibəsindən sonra da belə idi. Heç bir il keçməmiş ABŞ-nin Dövlət katibi Hillari Klinton və Rusiyanın Xarici İşlər naziri münasibətlərin “yenidən yüklənməsi” düyməsini basdılar. Bütün müharibələr sonda sülhlə başa çatır”, - Şalva Papuaşvili vurğulayıb. Onun sözlərinə görə, yüz minlərlə vətəndaşını itirən, qan tökən və iqtisadiyyatını məhv edən Ukrayna indi ərazilərinin itirilməsini de-fakto tanımaq qərarına gəlmək məcburiyyətindədir. “Ukraynaya maliyyə və hərbi dəstək yükü isə indi Aİ-nin çiyninə düşüb. Buna nail olmaq üçün Aİ Ukraynaya kreditlər götürür və vəsait köçürür. Belə borc öhdəlikləri ilə Aİ-nin iqtisadi artımı sıfır civarındadır və biz daxili siyasi gərginliyin də şahidi oluruq”, - Gürcüstan parlamentinin sədri Ukrayna müharibəsində iki uduzan subyektin üzləşdiyi sərt və acı reallığı diqqətə çatdırıb. Sahil İsgəndərov

AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
azvision.az

2Mənbələr