AZ

Azərbaycan benzinini daşıyan 22 vaqon Ermənistana çatıb - Ermənistanlı nazir

Bakı. Trend:

1300 ton həcmində "A95" markalı Azərbaycanın benzini daşıyan 22vaqon Azərbaycan-Gürcüstan –Ermənistan dəmiryolu ilə Ermənistanərazisinə daxil olub.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyatnaziri Qevork Papoyan öz rəsmi “Facebook” səhifəsində yazıb.

“Bu, Ermənistan və Azərbaycan arasında yalnız iki ölkənin sülhünbərqərar olmasından sonra deyil, həm də ümumilikdə müstəqilliyinəldə edilməsindən sonra baş verən ilk ticari-iqtisadiəməliyyatdır”, – deyə Papoyan qeyd edib.

Qeyd edək ki, dekabrın 18-də Azərbaycanın dövlət neft şirkətiSOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükününErmənistana tədarükü həyata keçirilib. Belə ki, 22 sistern vaqonayüklənən 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yükqatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyasıistiqamətində yola salınıb.

Məqalədə:
Seçilən
139
8
az.trend.az

10Mənbələr