AZ

Putinin mətbuat konfransına qəribə şüarla qatıldı- FOTO

Rusiya Prezidenti Vladimir Putin ənənəvi illik mətbuat konfransı keçirir.

“Yeni Sabah” xəbər verir ki, “Birbaşa əlaqə-2025” adlı tədbir televiziyalar, agentliklərin saytları və sosial şəbəkələr vasitəsilə canlı yayımlanır.

Mətbuat konfransının təşkil olunduğu zalda jurnalistlərlə yanaşı vətəndaşlar da əyləşib. Onların bəziləri V.Putinin diqqətini cəlb etmək üçün əllərində müxtəlif şüarlar yazılan plakatlar tutublar.

İştirakçılardan biri “Evlənmək istəyirəm” sözləri yazılmış lövhə qaldırıb.

Mətbuat konfransının indiyədək olan hissəsində Rusiya Prezidenti hələlik həmin plakatı görməyib. Ona görə də onun vətəndaşın şüarına münasibəti məlum deyil.

 


Telegram kanalımız
Seçilən
25
yenisabah.az

1Mənbələr